Dünya

Türkiyədə avtobus avtomobilə çırpılıb, ölənlər var

15 Aprel 2024 07:01
Baxış: 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Aydın şəhərinin Didim rayonunda avtobus əsas yola çıxan minik avtomobilinə çırpılaraq onu bir neçə metr sürüyüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsində minik avtomobilindəki dörd nəfər ölüb.

Yerli vaxtla aprelin 14-də saat 21:00 (Bakı vaxtı ilə 22:00) radələrində baş vermiş yol qəzasında minik avtomobilin sürücüsü yerində, digər üç nəfər isə xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.