Dünya

İranın İsrailə hücumu nəticəsində 7 yaşlı uşaq ölməyib - YENİLƏNİB

14 Aprel 2024 15:02
Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın İsrail ərazisinə hücumu nəticəsində 7 yaşlı uşağın ölümü ilə bağlı məlumat düzgün deyil.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə TASS-a İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperin məlumat verib.

"Biz məlumatı dəqiqləşdirmişik. Uşaq ölməyib, hazırda vəziyyəti ağırdır", - diplomat bildirib.

--------

13:03

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib.

"Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib", - deyə diplomat qeyd edib.

Səfir aydınlıq gətirib ki, hava zərbələri ölkənin cənubundakı İsrail Hərbi Hava Qüvvələri bazasına cüzi ziyan vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.