Dünya

Antalyada 23 saat davam edən təxliyə işləri başa çatdı

13 Aprel 2024 19:50
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Antalya vilayətində baş verən kanat xətti qəzası nəticəsində kabinələrdə qalan vətəndaşların təxliyəsi başa çatdırılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, 23 saat davam edən təxliyə işləri üçün bölgəyə Türkiyənin müxtəlif qurumlarının 543 nəfərlik axtarış-xilasetmə qrupları, 80 nəfərlik alpinist heyəti eləcə də, bir hərbi karqo təyyarəsi, yeddi helikopter, 108 xüsusi avtomobil, altı ambulans və çoxlu sayda dron cəlb edilib.

Yaralananlar xüsusi helikopterlərlə xəstəxanalara çatdırılıblar.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı tədqiqatın başlandığını, kanat xəttini işlədən və təmirindən məsul şəxslərin də aralarında olduğu 13 nəfərin saxlanılmasına qərar verildiyini deyib.

Xatırladaq ki, aprelin 12-də Türkiyənin Antalya vilayətinin Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində xəttin kabinələrindən biri qayalıq əraziyə düşüb. Hadisə zamanı bir nəfər həlak olub, on nəfər yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.