Dünya

KİV: İran 24-48 saat ərzində İsrailə cavab verə bilər

12 Aprel 2024 08:02
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran İsrailin Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hərbi zərbə endirməsi ilə əlaqədar Qüdsə 24-48 saat ərzində cavab verə bilər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbəyə istinadən məlumat verib.

Vurğulanıb ki, İsrail İranın şimaldan və ya cənubdan birbaşa hücumuna hazırlaşır. Eyni zamanda, nəşr qeyd edib ki, Tehran hələlik yekun qərarını verməyib.

Bundan əvvəl "Axios" portalı mənbələrə istinadən xəbər verib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Almaniyanın xarici işlər naziri Annalena Berboka Tehranın konsulluğun atəşə tutulmasına cavab verəcəyini, lakin vəziyyətin gərginləşməsinə səbəb olmamaq üçün cavab tədbirlərinin məhdudlaşdırılacağını bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.