Dünya

“Bəzi ölkələr Ukraynaya hətta bir “Patriot” belə vermək istəmirlər”

11 Aprel 2024 09:58
Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var və bütün dünyada potensial olaraq istifadəyə verilə biləcək 100-ə yaxın Patriot batareyası müəyyən edib.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər nazir Dmitro Kuleba "The Washington Post"a müsahibəsində deyib.

Onun sözlərinə görə, bəzi ölkələr Ukraynaya hətta bir "Patriot" belə vermək istəmirlər.

"Bir "Patriot" batareyası 1 milyard dollara başa gəlir. Keçən yay Kiyev ilk batareyasını alsa da, hazırda əlimizdə olan üç "Patriot" bütün ölkəni Rusiyanın güclü hava hücumlarından qorumaq üçün kifayət etmir", - nazir bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory