Dünya

Qızının sevgilisini öldürmək üçün killer tutdu - FOTO

10 Aprel 2024 18:38
Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında 47 yaşlı Samuel Pasillas keçən il qızının sevgilisini öldürmək üçün 40 min dollara killer tutub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Pasillas martın 13-də həbs olunub və ona qətlə çağırış, qətl törətmək üçün sui-qəsd, adam öldürməyə cəhd və öldürücü silahla basqın etmə maddələri ilə cinayət işi açılıb. Yerli təhlükəsizlik qüvvələrinin məlumatına görə, 21 oktyabr 2023-cü ildə bir nəfər güllə yarası ilə xəstəxanaya gəlib. Hadisə ilə bağlı polis dərhal ora gedib.

Xəsarət alan şəxs əməliyyatçılara hərəkətdə olan avtomobil tərəfindən vurulduğunu və tibbi yardımüçün öz maşını ilə xəstəxanaya gəldiyini bildirib. Hadisəni mərhələ-mərhələ araşdıran təhqiqatçılar hadisənin hücum olduğunu müəyyən ediblər. Şübhəlilərin hücumdan bir neçə həftə əvvəl qurbanı izlədiyi də müəyyən edilib.

İstintaq zamanı müəyyən edilib ki, zərərçəkənin sevgilisinin atası yerli kilsənin keşişi Pasillasdır. Daha sonra əməliyyatçılar atanın işə götürdüyü adamlarla görüşdüyünə dair sübutlar üzə çıxarıb və onlara qurban haqqında, o cümlədən həmin axşam harada olacağı barədə ətraflı məlumat verib.

Hadisəni törədən 55 yaşlı Xuan Manuel Cebreros həbs edilib. Cebreros qətl törətmək, adam öldürməyə cəhd və silahla sui-qəsddə ittiham olunur. Hazırda hər iki şübhəli 1 milyon dollar girov müqabilində saxlanılır. İstintaq davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.