Dünya

Zelenski: “Düşmənə çox konkret və ədalətli cavab hazırlayırıq”

7 Aprel 2024 18:21
Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna prezident Vladimir Zelenski əmin edir ki, Ukrayna Rusiya ordusunun Xarkova qarşı törətdiyi terrora konkret cavab hazırlayır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə dövlət başçısı Telegram-da məlumat verib.

Zelenski qeyd edib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski ilə əlaqə saxlayır. "Biz cəbhədəki vəziyyəti ətraflı müzakirə etdik və gələcək fəaliyyətlərimizi planlaşdırdıq", - prezident vurğulayıb.

Bundan əlavə, müdafiə naziri Rustem Umerov sursatla bağlı vəziyyət barədə məlumat verib. "Biz əlimizdən gələni edirik ki, hər bir döyüş briqadası dövləti müdafiə etmək üçün lazım olan hər şeyə malik olsun", - deyə Zelenski vurğulayıb.

"Rusiya bir dəqiqə belə dayanmır. Biz xalqımızı etibarlı müdafiə ilə təmin etməyə çalışırıq. Biz düşmənə çox konkret və ədalətli cavab hazırlayırıq", - Zelenski vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.