Dünya

ABŞ kosmosda silahların yerləşdirilməsini məhdudlaşdırmaq istəyir

5 Aprel 2024 07:29
Baxış: 715
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Birləşmiş Ştatlar gələn həftə BMT Təhlükəsizlik Şurasına kosmosda nüvə silahının qadağan edilməsi ilə bağlı qətnamə təqdim edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat yayıb.

"Gələn həftənin əvvəlində bu qətnaməni səsverməyə çıxaracağıq", - Kirbi qeyd edib.

Ağ Evdə hesab edirlər ki, bu qətnaməyə Rusiya da səs verməlidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.