Dünya

Belə şeylərlə zarafat etmirəm, çiməcəm - Makron

5 Aprel 2024 06:29
Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Olimpiya Oyunları ərəfəsində həqiqətən də Sena çayında üzəcəyini təsdiqləyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı Sen-Deni Olimpiya Su İdmanı Mərkəzinin açılışında iştirak edərkən deyib.

"Belə şeylər haqqında zarafat etmək vərdişim yoxdur", - deyə o bildirib.

Qeyd edək ki, martın əvvəlində Makron bir gün Sena çayında çiməcəyini vəd edib və izdihamın olmaması üçün tarixi əvvəlcədən elan etməyəcəyini zarafatyana formada söyləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.