Dünya

İt meşədə azan uşağı donmaqdan belə xilas etdi - FOTOlar

10 Aprel 2024 14:02
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada meşədə azan beş yaşlı uşaq iti sayəsində ölümdən xilas olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Primorsk diyarında baş verib. Uşaq iti ilə evlərinin yaxınlığındakı meşədə gəzintiyə çıxıb və azıb. Nə valideynləri, nə də xilasedicilər onu dərhal tapa bilməyiblər.

Balaca bütün gecəni soyuqda qalıb. Ancaq bəxti gətirib ki, sadiq dostu yaxınlıqda olub: o, isti bədəni ilə uşağı donmaqdan xilas edib.

Səhər uşaq tapılaraq xəstəxanaya aparılıb. Müstəntiqlər deyirlər ki, it onu ağır hipotermiyadan xilas edib.

Valideynlər isə səhlənkarlığa və öz vəzifələrini lazımınca yerinə yetirmədiklərinə görə cəzalandırıla bilərlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.