Dünya

Yatmağına mane olan müdirini öldürdü

2 Aprel 2024 05:05
Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda kişi ona rahat yatmağa imkan verməyən müdirini öldürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Puri şəhərində baş verib.

Prakaş Kumar Bhoumi baxıcı kimi işə düzəlib və 74 yaşlı iş adamına baxıb. Yaşlı iş adamı gecə ərzində bir neçə dəfə kişini yuxudan oyadıb, bundan sonra o, çox əsəbiləşib və yumruqlarla ona hücum edib.

Səhər qohumları təqaüdçünün evinə gələrək orada onun meyitini tapıblar. Müşahidə kameralarının görüntüləri sayəsində cinayətkar tez bir zamanda aşkarlanıb. Kişi yaşlı adamın qollarını burub, çarpayıya atıb və şiddətlə döyüb.

Hüquq-mühafizə orqanları artıq cinayətkarı həbs edib. Hindlinin sözlərinə görə, o, işəgötürəni öldürmək istəməyib, sadəcə yatmaq istəyib deyə özündən çıxıb. Yaşlı kişi isə onun yanına gəlməsi üçün tez-tez zəngə basıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.