Dünya

ABŞ-də gəmi bir həftə ərzində ikinci dəfə körpüyə çırpıldı

31 Mart 2024 11:12
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-də gəmi bir həftə ərzində ikinci dəfə körpüyə çırpılıb. Barjın tikili ilə toqquşması Arkanzas çayının Oklahoma ştatından keçən hissəsində olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli polis patrul xidməti sosial şəbəkədə məlumat yayıb.

İnsident nəticəsində Salliso şəhərindən cənubda US-59 şosesində hərəkət tamamilə dayandırılıb, nəqliyyat digər istiqamətə yönləndirilib.

Oklahoma Nəqliyyat Departamenti bildirib ki, mühəndislər körpünün quruluşunu yoxladıqdan sonra hadisə baş vermiş ərazidə magistral yolda hərəkət yenidən açılıb.

Xatırladaq ki, martın 26-da Merilend ştatında Patapsko çayı üzərindəki məşhur Frensis Skott Key şossesi körpüsü uçub. Hadisə yük gəmisinin nəhəng strukturun sütunlarından birinə çırpılmasından sonra baş verib. Toqquşma nəticəsində konteyner gəmisi alovlansa da, su üzündə qalıb. Polad körpünün bir neçə mərkəzi aşırımları suya düşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.