Dünya

Sarı qum dumanı Yaponiyaya ÇATDI

30 Mart 2024 17:48
Baxış: 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çindən hərəkət edən sarı qum-toz dumanı Yaponiyanın paytaxtı Tokioya çatıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Sinoptiklər paytaxt sakinlərinə xəbərdarlıq ediblər ki, görmə məsafəsi 5 kilometrə qədər azala bilər. Sarı tozun təsirinə məruz qalmamaq üçün açıq havada uzun müddət qalmaq tövsiyə edilmir.

Proqnozlara görə, bazar ertəsi Tokioda və qonşu regionlarda hava şəraiti normallaşacaq və hava yenidən təmizlənəcək.

Qeyd edək ki, pis hava şəraitinə Qobi səhrasından toz gətirən güclü külək səbəb olub. Toz dumanı əvvəlcə Çindən keçib, sonra Yaponiyaya çatıb. Adətən bu cür hadisələr yazda müşahidə olunur

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.