Dünya

Terrorun qarşısını almaq üçün hər şey edəcəyik – Hakan Fidan

30 Mart 2024 08:37
Baxış: 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terrorun qarşısını almaq üçün hər şey edəcəyik.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O, Egey və Şərqi Aralıq dənizində heç vaxt düşmənçilik yaratmağa çalışmadıqlarını, lakin həyati maraqları qorumaqdan da çəkinməyəcəklərini, terroru tamamilə yox etməkdə qərarlı olduqlarını bildirib.

"Qonşumuz Yunanıstanla münasibətlərimizi müsbət gündəmdə inkişaf etdirməyə və problemləri həll etməyə çalışırıq. Biz əslində heç vaxt Egeydə və ya Şərqi Aralıq dənizində düşmənçilik yaratmağa çalışmamışıq. Bununla belə, biz öz həyati maraqlarımızı qorumaqdan heç vaxt çəkinməyəcəyik", - deyə Fidan qeyd edib.

Nazir bildirib ki, regionumuz üçün təhlükəsizliyi pozan terrorizmdir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.