Dünya

Ermənistanla bağlı dəhşətli plan müzakirə edilir - Panteleyev

30 Mart 2024 06:14
Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda müxtəlif dairələrdə Ermənistanın tədricən ukraynalaşdırılması ssenarisi müzakirə olunur.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, tarixçi Sergey Panteleyev deyib.

O, Ermənistanda Rusiya verilişlərinin bloklanmasının anti-Rusiya təbliğatının nəticəsi olduğunu bildirib:

"İrəvanda olarkən Ermənistan-Rusiya münasibətlərinin mediada işıqlandırılması məsələsinin necə deqradasiyaya uğradığını müşahidə etdim. Hazırda erməni mətbuatında yayımlanan bir sıra verilişlərdə Rusiyanın Ermənistanda hərbi mövcudluğunun arzuolunmaz hesab edilməsi vurğulanır".

Politoloq Ermənistanla bağlı "ikinci Ukrayna" ssenarisi fikirlərini şərh edib:

"Bu gün Ermənistan üçün Moldova ssenarisinin təkrarlandığına dair iddialar səsləndirilir. Lakin ən dəhşətlisi odur ki, hazırda Ermənistanın tədricən ukraynalaşdırılması ssenarisi daha aktiv şəkildə müzakirə olunur. İstər Rusiya Federasiyasında, istərsə də Ermənistan Respublikasında bütün qüvvələr bunun qarşısını almağın yollarını axtarmalıdır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.