Dünya

Türkiyə Qəzzada böhran başlayandan bəri İsraillə hərbi əməkdaşlığı dayandırıb

27 Mart 2024 07:32
Baxış: 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Milli Müdafiə Nazirliyi Qəzza zolağında vəziyyətin kəskin pisləşdiyi 7 oktyabr 2023-cü ildən sonra İsraillə hərbi əməkdaşlığı davam etdirmir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi "X" səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, Türkiyə Milli Müdafiə Nazirliyi İsraillə təlim və müdafiə sənayesi daxil olmaqla heç bir hərbi sahədə əməkdaşlıq etmir.

Vurğulanıb ki, Türkiyə fələstinlilərə zərər verə biləcək heç bir fəaliyyət həyata keçirə bilməz.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.