Dünya

BMT-nin tanınmış diplomatı istefa verdi

25 Mart 2024 22:31
Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits istefa verib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, səhhətindəki problemlərlə əlaqədar tutduğu vəzifədən uzaqlaşmaq niyyətində olduğunu deyib.

BMT Baş katibi Antoniu Quterreş dünyanın bir çox münaqişəli bölgələrində böhrandan təsirlənən insanların müdafiəsində və onların ehtiyaclarını həll etmək üçün resursların səfərbər edilməsində göstərdiyi mühüm xidmətlərinə görə Qriffitsə minnətdarlığını bildirib: "BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinə rəhbərlik edən cənab Qriffits bu vəzifəyə 2021-ci ilin iyul ayında gəldi. Humanitar ehtiyacların artdığı və resursların azaldığı bir vaxtda ehtiyac sahiblərinə həyatı əhəmiyyət daşıyan yardımların və resursların çatdırılmasında müstəsna rol oynadı.

Bacarıqlı diplomat və vasitəçi kimi o, BMT-nin humanitar missiyasına rəhbərlik etməklə ən çətin böhranların həlli yolları üçün danışıqlarda əsas rol oynamışdır. Cənab Qriffits iyunun sonuna kimi vəzifəsində qalacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.