Dünya

Aİ Rusiyadakı terror aktını pislədi

23 Mart 2024 00:44
Baxış: 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı Rusiyanın Moskva vilayətində konsert zalında baş vermiş terror aktını pisləyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano sosial şəbəkədə bildirib.

"Aİ Moskvada "Krokus siti holl" binasında terror aktı ilə bağlı xəbərlərdən şokdadır və dəhşətə gəlib. Aİ mülki şəxslərə qarşı istənilən hücumu pisləyir. Düşüncələrimiz zərərçəkmiş bütün Rusiya vətəndaşları ilədir", - o qeyd edib.

Xatırladaq ki, Moskva vilayətindəki "Krokus siti holl" konsert zalında terror aktı olub. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.