Dünya

Bu iki ölkə Rusiyaya görə parçalana bilər

21 Mart 2024 15:45
Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna münaqişəsi Çexiya və Slovakiya arasında fikir ayrılığına səbəb olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu "Washington Post"-un köşə yazarı İşan Tharoor qeyd edib.

Məqalə müəllifinin sözlərinə görə, Slovakiya rusiyayönlü kursa sadiq qaldığı üçün ölkələr arasında gərginlik çox güman ki, daxili siyasi mübarizə ilə diktə olunur. Eyni zamanda, bu ölkələrin əhalisi arasında da oxşar hadisələr hökm sürür.

"Hər iki ölkədə kritik elektorat kütləsi Qərbə şübhə ilə yanaşır və münaqişənin həlli ilə bağlı Rusiyanın şərhini gözləyir", - materialda deyilir.

Qeyd edək ki, Slovakiyanın baş naziri Robert Fiko yaxın keçmişdə bildirib ki, Çexiya Ukraynaya görə Slovakiya ilə münasibətləri təhlükə altına alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.