Dünya

Rusiya XİN: Qərb ölkələri İrəvanı qızışdırır

20 Mart 2024 16:43
Baxış: 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün Qərb rejimləri Ermənistanı Azərbaycanla sərhəddə mübahisəli ərazi məsələləri ilə bağlı birtərəfli qərarlar qəbul etməyə təhrik edir. Qərb ölkələri İrəvanı qızışdırır. Məqsəd İrəvanla Bakı arasındakı nizamlanmada müsbət tendensiyanı dağıtmaqdır".

Milli.Az APA-ya istinadən bildirir ki, bu fikirləri bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, qərb ölkələrinin yürütdüyü siyasətin regionda əlavə problemlərin yaranmasına gətirib çıxardığını söyləyib.

"Avropa İttifaqının Ermənistandakı missiyası Rusiya, İran və Azərbaycana qarşı casusluq edir. Bunun faktiki təsdiqi var. Bu cür destruktiv fəallıq regionda gərginliyin artmasına gətirib çıxarır, ümumiyyətlə, bu, geridönüşü olmayan nəticələrə gətirib çıxara bilər. Bunu informasiyalara çıxışı olan hər kəs anlayır", deyə Rusiya XİN rəsmisi qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.