Dünya

Putin rəqibləri ilə birgə meydana gəldi və oxudu...

18 Mart 2024 23:06
Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Krımın anneksiyasının 10 illiyi ilə bağlı Qırmızı Meydanda təşkil edilən mitinq-konsertə son prezident seçkilərində rəqibi olan digər üç namizəd - Nikolay Xaritonov (Kommunist Partiyası), Vladislav Davankov (Yeni İnsanlar) və Leonid Slutski (RLDP) ilə birgə gəlib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Vladimir Putin Qırmızı Meydanda çıxışında deyib.

"Mən onları bugünkü bayram tədbirinə gəlməyə dəvət etdim. Bu, onlar üçün gözlənilməz oldu. Bizim milli məqsədlərə nail olmaq üçün müxtəlif yanaşmalarımız, amma bir Vətənimiz var", - Putin bildirib.

Putin seçkidəki rəqibləri və müğənni Qriqori Lepslə Rusiyanın dövlət himnini ifa edib.

Sonra Krımın və Sevastopolun Rusiyaya birləşdirilməsinin ildönümü münasibətilə hamını təbrik edib və sözü Xaritonov, Davankov və Slutskiyə verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.