ABŞ ordusunun Cənub Komandanlığının ərazi mübahisəsinə və Venesuela ilə Qayana arasındakı münasibətlərə müdaxiləsi Latın Amerikasında sülhü təhdid edir.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes "Venezolana de Television" kanalında canlı yayımda deyib.
Nazir bildirib ki, Birləşmiş Ştatlar Venesuela və Qayana arasındakı bölünməmiş dəniz şelfində və Venesuelanın daxili sularında daimi hərbi təlimlərə başlamağı planlaşdırır. "ABŞ ordusunun Cənub Komandanlığının quruda və sularda sərhədləri müəyyən edilməmiş ərazilərdə hərəkətləri və mövcudluğu Latın Amerikası ölkələri tərəfindən yaradılmış sülh zonasına təhlükə yaradır", - Padrino Lopes vurğulayıb.
"Heç kim ABŞ-ni Venesuela ilə Qayana Kooperativ Respublikası arasındakı münasibətlərə müdaxilə etməyə dəvət etməyib", - o deyib.
Venesuela silahlı qüvvələri ölkənin Atlantik sahillərinin daxili sularında "daimi əməliyyat" keçirir.
Nazir ABŞ ordusunun Cənub komandanlığının rəhbəri general Laur Riçardsonu Birləşmiş Ştatları enerji ilə təmin etməli olan "ExxonMobil" Neft Şirkətinin agenti adlandırıb. ABŞ Senatında keçirilən dinləmələrdə Riçardson Qayananın ABŞ-nin regionda mühüm tərəfdaşı olduğunu bildirib, Venesuelanın siyasətinə mənfi münasibət sərgiləyib və Qayana silahlı qüvvələri ilə birgə təlim planları barədə danışıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun