Dünya

Bütün ölkə bu pişiyi axtarır: çox təhlükəlidir - Əhaliyə xəbərdarlıq edildi - FOTO

15 Mart 2024 06:06
Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın cənub-qərbində, Xirosimada itkin düşən və kimyəvi maddələrlə dolu barelə düşməkdə şübhəli bilinən pişiklə bağlı ictimaiyyətə xəbərdarlıq edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, həftə sonu yoxa çıxan və sonuncu dəfə bir fabrikin təhlükəsizlik kameralarında görünən pişiyin fabrikin qarşısında sürətlə qaçdığı görülüb. Pişiyin ayaq izləri əks olunub.

Fabrik əməkdaşı pişiyin pəncə izlərinə əsasən fabrikdəki "altı valentli xrom" (Xrom-6) ilə doldurulmuş 3 metr dərinlikdəki barelə düşdüyünü müəyyən edib.

Bareldəki kimyəvi maddənin toxunduqda və ya nəfəs aldıqda səpgi və iltihaba, hətta xərçəngə səbəb ola biləcəyi bildirilib.

Hələlik pişiyi tapmaq mümkün olmadığını qeyd edən bələdiyyə, pişiyi görən zaman ona yaxınlaşmamaq və toxunmamaq barədə xəbərdarlıq edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.