Dünya

Hindistan İran vasitəsilə Ermənistanı silahlandırır - FOTO

11 Mart 2024 21:50
Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın "Hindustan Aeronautics Limited" (HAL) və "Container Corporation India" (CONCOR) şirkətlərinin yaratdıqları birgə işçi qrup Ermənistana "strateji yüklərin ixrac"ına başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "Telegram" kanalları məlumat yayıb.

HALCON Hindistandan Ermənistana ilk yükdaşıma əməliyyatını da gerçəkləşdirib.

Baş ofisi Rusiyanın Perm şəhərində yerləşən "Gelix Airlines" aviaşirkətinə məxsus "İlyuşin İl-76 TD" yük təyyarəsi ilə Hindistandan Ermənistana hərbi texnika daşınıb.

Hindistanın Maharaştra ştatındakı Naşik aeroportundan havaya qalxan "İl 76-TD" yük təyyarəsi "RA-76360" reysi ilə uçaraq İrəvandakı "Zvartnos" aeroportunda enib.

Təyyarənin yükü 214 mm çaplı "Pinaka" reaktiv yaylım atəşi sistemləri (RYAS) idi. Ermənistanla Hindistan arasında ötən il imzalanmış 442,2 milyon dollarlıq 4 anlaşma çərçivəsində həyata keçirilən bu reyslə ermənilərə 4 "Pinaka", zəruri ehtiyat hissələri, mərmilər və s. çatdırılıb.

Beləliklə, rəsmi Dehli ermənilərin silahlandırılması üçün "hava dəhlizi" yaratdığını bəyan edəndən sonra açıqlamasını reallaşdırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.