Dünya

İsraildə nazirin əmisi oğlu döyüşlərdə öldü

10 Mart 2024 12:35
Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin maliyyə nazirinin əmisi oğlu döyüşlərdə həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 43 yaşlı mayor Amişar Ben David Xan Yunisdə döyüş zamanı öldürülüb. "The Jerusalem Post"un yazdığına görə, Ben David İsrailin maliyyə naziri Bezalel Smotriçin əmisi oğlu olub.

O, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan həlak olan 248-ci hərbi qulluqçudur.

Ordunun mətbuat xidməti bildirib ki, Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsi zamanı ölkənin həlak olan hərbçilərinin ümumi sayı artıq 587 nəfərə çatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.