Dünya

Türkiyə bölgədə güclənir, narahatıq – İranlı ekspert

8 Mart 2024 22:55
Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran hər zaman regionda üçüncü tərəfin mövcudluğunun əleyhinə olduğunu bəyan edib. Bu, ziddiyyətlərin və maraqların toqquşmasının dərinləşməsinə gətirib çıxaracaq, region güc nöqtələri arasında qarşıdurma meydanına çevriləcək və bu, İranı narahat edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri iranlı politoloq Pouya Hüseyni erməni mediasına müsahibəsində deyib.

"İran həmçinin narahatdır ki, digər qüvvələrin mövcudluğu İranın təhlükəsizliyinə təhdid yarada bilər. İran bu qüvvələrin Türkiyənin rolunu gücləndirə biləcəyindən narahatdır", - Hüseyni bildirib.

O iddia edib ki, Türkiyənin bölgəmizdə artan rolu Ermənistan dövlətinə və milli maraqlarına ziddir və bu, ciddi təhlükəsizlik problemləri yaradacaq:

"İran israr edir ki, regionun problemlərini region ölkələri həll etməlidir, amma bu o demək deyil ki, bu problemləri Türkiyə və Azərbaycan həll etməlidir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.