Dünya

Menendesə daha bir ittiham irəli sürüldü

6 Mart 2024 02:17
Baxış: 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Korrupsiyada ittiham olunan, ermənipərəst mövqe ilə seçilən Nyu-Cersi senatoru Robert Menendes ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, Nyu-Yorkun Cənub Dairəsi məhkəməsində dərc edilən yenilənmiş hesabatda senatora və onun həyat yoldaşına qarşı əvvəllər irəli sürülən bütün ittihamlarla yanaşı ədalətə mane olmaqla bağlı yeni ittihamlar yer alıb.

Əlavə ittihamlar mayın 6-na təyin edilmiş məhkəmənin keçirilmə tarixinə təsir etməyəcək.

Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendesin Misirin xarici agenti kimi fəaliyyət göstərib. Sövdələşmə Menendesin Misir rəsmiləri ilə görüşləri və şam yeməyi zamanı əldə edilib.

Belə ki, Misirin avtoritar hökumətini təmsil edən rəsmilər ABŞ-nin silah satışı və maliyyələşdirilməyə yardım etməsini istəyiblər. Robert Menendes və həmin vaxt hələ onun sevgilisi olan Nadine Arslanyan hər iki məsələdə yardım edə biləcəklərini qeyd ediblər.

Bundan başqa Menendes rüşvət almaqda və Qətərə casusluqda da ittiham olunur. Qeyd olunub ki, senator rüşvət kimi qiymətli əşyaları, pulları, Formula 1 dünya çempionatına biletləri və dəyəri 10 min dollardan 24 min dollara qədər olan saatları rüşvət kimi qəbul edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.