Ərdoğan: Kipr probleminin həlli iki dövlətin varlığından keçir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Kipr məsələsinin ən ədalətli və real həlli adada iki müstəqil dövlətin birgə mövcudluğundadır.
Milli.Az xəbər verir ki, bu sözləri Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yeni seçilən Prezidenti Tufan Erhürmanla görüşdən sonra etdiyi çıxışında deyib.
19 noyabr 2025-ci ildə keçirilən prezident seçkilərində səslərin 62,76 faizini toplayaraq qalib gələn Tufan Erhürman ənənəyə uyğun olaraq ilk xarici səfərini Türkiyəyə edib.
Ərdoğan Erhürmanı Prezident Sarayında (Külliyə) rəsmi mərasimlə qarşılayıb. Görüşdən sonra iki lider Kipr məsələsi və Türkiyə-ŞKTC əlaqələrini müzakirə edib.
Ərdoğan çıxışında deyib: "Kipr milli davamızdır. Biz inanırıq ki, adada ədalətli və qalıcı həll yalnız iki dövlətin bir yerdə var olması ilə mümkündür. Rum tərəfi bu günə qədər türklərin suveren bərabərliyini və beynəlxalq hüquqda bərabər statusunu qəbul etməyib. Buna görə də problem həll olunmayıb."
Ərdoğan həmçinin BMT və Avropa İttifaqının keçmişdə etdiyi səhvlərin də məsələnin bu vəziyyətə gəlməsində rol oynadığını vurğulayıb:
"Rum tərəfi 1963-cü ildə türkləri silah gücü ilə ortaq dövlətdən uzaqlaşdırdı, amma AB onları üzv qəbul etdi. Bu, Kipr türklərinin haqsızlıqlara məruz qalmasına səbəb oldu. Biz Kipr türklərinin rifahını artırmaq, onların dünyadan təcridini azaltmaq üçün çalışırıq. ŞKTC-nin beynəlxalq aləmdə tanınması və haqsızlıqların dünya ictimaiyyətinə çatdırılması üçün siyasi və diplomatik səylərimizi davam etdirəcəyik. Anavətən kimi, Kipr türklərini heç vaxt tək qoymayacağıq."
Tufan Erhürman isə çıxışında Türkiyəyə təşəkkür edərək bunları deyib:
"Türkiyə ilə münasibətlərimiz heç bir ölkə ilə müqayisə edilə bilməyəcək qədər özəldir. Mənim üçün bu ilk rəsmi səfəri burada etmək böyük qürurdur. Kipr türk xalqı adanın hər yerində suverenlik haqqına malikdir."
Erhürman əlavə edib ki, Kipr probleminin həlli dialoq və əməkdaşlıqdan keçir:
"Artıq nəticə verməyən metodlara qayıtmaq olmaz. Kıbrıs türkləri hər zaman sülh və ədalət tərəfdarı olub. Kimse bizi masadan kənarda qoya bilməz. Əgər ədalətli danışıqlar masası qurularsa, biz də orada olacağıq."
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
"Qalatasaray"dan 45 milyon avroluq transfer gəlir (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
-
Raheem Sterlinq ikiillik həbs edilə bilər
-
Yevlaxda balıqçı itkin düşüb
-
Nepalda daşqınlarda ölənlərin sayı 157-yə çatıb
-
Çempionlar Liqasının püşkatmasında yeni qayda
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
-
“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik” - Tramp
-
Luis Enrike ulduz futbolçunu cəzalandırıb
-
Xətai rayonundakı küçə iki gün bağlı olacaq
-
Dani Bolt Medinanın komanda yoldaşı olacaq
-
Restoran üslubunda "İmam bayıldı" resepti
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
-
Aktyor Tim Karri vəfat edib
-
“WhatsApp”dan təhlükəsizliklə bağlı yenilik
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Bakıda kişi sevgilisini qətlə yetirdi





