Dünya

Darvinin təkamül nəzəriyyəsinin əsası qoyulan Qalapaqosda vulkan püskürdü

5 Mart 2024 07:50
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qalapaqos arxipelaqına daxil olan Fernandina adasındakı La Kumbre vulkanı püskürməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Ekvadorun Ətraf Mühit Nazirliyi məlumat yayıb.

"Peyk sistemləri vasitəsilə qaz emissiyaları və istilik anomaliyaları aşkar edilib", - deyə agentlikdən bildirilib.

Hesabatda vulkanın yerləşdiyi adada yaşayış olmadığına görə insanlar üçün təhlükənin qalmadığı qeyd edilib.
Qeyd edək ki, Ekvadora daxil olan Qalapaqos adaları Sakit Okeandakı vulkanik arxipelaqdır və vəhşi təbiəti seyr etmək üçün planetin ən yaxşı yerlərindən biri hesab olunur. Bu adalar çoxlu sayda endemik bitki və heyvan növləri ilə tanınır, onların çoxuna başqa heç bir yerdə rast gəlinmir. Məlumata görə, Çarlz Darvin təkamül nəzəriyyəsini əsaslandırmaq üçün Qalapaqos adalarında apardığı şəxsi müşahidə materiallarından geniş istifadə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.