Dünya

Güclü qar və şaxta 9 nəfərin ölümünə səbəb oldu

2 Mart 2024 17:02
Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda son 48 saat ərzində güclü qar və şaxta nəticəsində doqquz nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Əfqanıstan milli fəlakətlərin idarəedilməsi idarəsi məlumat yayıb.

Bildirilib ki, qar fırtınası ilə müşayiət olunan şaxtalı hava Əfqanıstanın yeddi əyalətinə təsir edib.

Şimaldakı Fəryab əyalətində kəskin hava şəraiti səbəbindən mindən çox mal-qara tələf olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.