Dünya

ABŞ diplomatı Kubaya casusluğunu etiraf etdi

1 Mart 2024 19:02
Baxış: 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Boliviyadakı keçmiş səfiri Viktor Manuel Roça məhkəmədə Kubaya casusluğunu etiraf edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə mətbuatda dərc edilən məhkəmə sənədlərində qeyd olunub.

Viktor Manuel Roça 2023-ci ilin dekabrından casusluq da daxil olmaqla hökumətə qarşı müxtəlif cinayətlər törətməkdə ittiham olunurdu.

Əsas ittiham Viktor Manuel Roçanın 1981-ci ildən etibarən Kuba ilə əməkdaşlıq etməsi, Vaşinqtona qarşı kəşfiyyat toplama missiyasını yerinə yetirməsindən ibarət olub.

V.M.Roça Boliviyadakı diplomat fəaliyyətindən savayı, 1981-2002-ci illərdə ABŞ Dövlət Departamentində işləyib. Bundan başqa, o, 1994-1995-ci illərdə Ağ Evin Milli Təhlükəsizlik Şurasında çalışıb və təxminən 2006-2012-ci illərdə ABŞ Cənub Komandanlığının müşaviri olub.

İlk məhkəmə iclaslarında istintaqın ittihamlarını qəbul etməyən Viktor Manuel Roça ittiham tərəfinin inandırıcı sübutlarından sonra Kubaya casusluğunu etiraf edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.