Dünya

Zurabişvili Gürcüstan müxalifətinin yeni lideri olacaq? - Özü AÇIQLADI

29 Fevral 2024 21:03
Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan prezidenti Salome Zurabişvili payızda keçiriləcək parlament seçkilərində müxalifətə rəhbərlik etməyi planlaşdırmır.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, o bu barədə Londonda Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) keçirilən tədbirdə bildirib.

"Mən müxalifət lideri olmayacağam... Bəziləri bu yolu seçməyimi istəyir, amma mən bunu düzgün qərar hesab etmirəm", - deyə, o qeyd edib.

Zurabişvilinin sözlərinə görə, indi gürcü seçicilərinin əksəriyyəti nə 12 ilə yaxındır iqtidarda olan "Gürcü arzusu"nu, nə də eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat (VHM) partiyasını dəstəkləyir.

"Əhalinin təxminən 50%-i heç bir güc istəmir və müxalifət partiyalarının nə qədər birgə hərəkət edə biləcəyini gözləyir. Bu o demək deyil ki, bizə bir siyahı arxasında və ya bir partiya ətrafında birləşmək lazımdır. Bu, real deyil və gələcəkdə çoxpartiyalı sistemin xeyrinə olmayacaq", - deyə prezident bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.