Dünya

Almaniya freqatı səhvən NATO-nun dronuna hücum edib

29 Fevral 2024 00:10
Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Hesse" freqatı Qırmızı dənizdə səhvən NATO müttəfiqi ABŞ-nin pilotsuz təyyarəsinə hücum edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Welt" yazıb.

Bildirilir ki, MQ-9 dronu dost və ya düşməni müəyyən etmək üçün transponder olmadan hərəkət edirmiş, üstəlik, onun hərəkəti barədə ABŞ-nin müttəfiq ölkələrinin nümayəndələrinə məlumat verilməyib.

Hadisə, Almaniya freqatının Qırmızı dənizdə əməliyyatlar başlayandan bəri ilk dəfə husilərin hücumunu dəf etməsindən və qrupun iki pilotsuz təyyarəsini vurmasından sonra baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.