Dünya

ABŞ pilotu İsrail səfirliyinin önündə özünü yandırdı - VİDEO

26 Fevral 2024 10:23
Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Hərbi Hava Qüvvələrinin pilotu ABŞ-ın Fələstində yürütdüyü siyasətə görə İsrailin Vaşinqtondakı səfirliyi qarşısında "Fələstinə azadlıq" qışqıraraq özünü yandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı SHOT Teleqram kanalı məlumat yayıb.

Pilot həmin anları "Tviç" ( Twitch) video platformasındakı səhifəsində canlı paylaşıb. O, İsraildən soyqırımı dayandırmağı tələb edib. Səfirliyin əməkdaşları ona mane olaraq yanğını söndürməyə çalışsalar da, pilot ciddi xəsarət alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə Netanyahunun Qəzzanın cənubundakı Rəfah şəhərində hərbi əməliyyat icazəsi üçün Nazirlər Kabinetinə müraciəti ilə eyni vaxtda baş verib.

Pilotun adı açıqlanmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.