Dünya

Kadırovun oğlu nazir təyin olundu

17 Fevral 2024 18:50
Baxış: 1 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistan rəhbərinin böyük oğlu Axmat Kadırov respublikanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyin edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, təyinat ona ali mükafat - respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş "Axmat Kadırov" adına ordenin təqdim edilməsi mərasimindən sonra məlum olub.

Regional parlamentin rəhbəri Maqomed Daudov Ramzan Kadırovun 18 yaşlı böyük oğlunun yeni vəzifəsini elan edərək, onu orden alması münasibətilə təbrik edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.