Dünya

Makedoniyalı İskəndərin atasının qalıqları tapıldı

17 Fevral 2024 01:01
Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arxeoloqlar 1977-ci ildə qədim yunan məqbərəsində tapılan qalıqların Makedoniyalı İskəndərin atası kral II Filippə aid olduğunu təsdiqləyiblər. Bu barədə məlumatı Daily Mail yayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, əvvəlcə məzarda Makedoniyalı İskəndərin atasının, oğlunun və böyük ögey qardaşının qalıqlarının olduğu güman edilib. Lakin əlavə araşdırmalardan sonra elm adamları ata və ögey qardaşın səhv identifikasiyası olduğu qənaətinə gəliblər.

Artıq ekspertlər əmindirlər ki, əvvəllər ögey qardaşın qalıqları hesab edilən skelet əslində Makedonskinin atasına, atanın skeleti isə ögey qardaşın qalıqlarına aiddir.

II Filipp (e.ə. 383 və ya 382 - e.ə. 336) Makedoniyanın Argead kralı olub, eramızdan əvvəl 359-336-cı illərdə hökmranlıq edib. O, kral III Amintasın üçüncü oğlu idi və qardaşı III Perdikkanın ölümündən sonra hakimiyyətə gəlib. II Filipp güclü ordu yaradaraq iqtisadiyyatı inkişaf etdirərək ölkədə vəziyyəti sabitləşdirə bilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.