Dünya

Sərnişin tez-tez tualetə getdiyi üçün təyyarədən qovuldu

18 Fevral 2024 19:00
Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikadan Kanadaya uçmaq üçün təyyarəyə minən Coanna Çyu uçuşdan əvvəl tez-tez tualetə getdiyinə görə təyyarədən düşürülüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qadının sözlərinə görə, uçuşdan əvvəl qarnı ağrımağa başlayıb, lakin biletini qaytarmayıb. Sərnişin təyyarəyə mindikdən sonra havaya qalxmazdan əvvəl bir neçə dəfə tualetə gedib və bu, onun təyyarədən düşürülməsinə səbəb olub.

Bundan başqa, Çyu ona hotel otağı və ya başqa reys üçün bilet təklif olunmadığını bildirib.

"Şirkət mənə 20 dəqiqəlik məsafədəki hotelə taksi üçün pul belə ödəmədi", - deyə qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.