Dünya

Putin: Almaniyadakı hazırkı nəsil Hitlerə görə məsuliyyət daşımamalıdır

15 Fevral 2024 23:03
Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin nasist Almaniyasının hərəkətlərinə görə bütün məsuliyyəti müasir dövrdəki Almaniya xalqının üzərinə qoymağı düzgün hesab etmir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı jurnalist Pavel Zarubinə Kremlin teleqram kanalında yayımlanan müsahibəsində bildirib.

"Düşünmürəm ki, Almaniyadakı hazırkı nəsil nasist Almaniyasının etdiyi hər şeyə görə tam siyasi məsuliyyət daşımalıdır", - Putin Almaniyanın xarici işlər naziri Annalena Berbokun babasının nasist olmasına dair məlumatları şərh edərkən deyib.

"Biz Hitler və onun əlaltılarının nəinki Almaniyada, həm də dünyanın digər yerlərində, Avropada və sairdə etdiklərinə görə indiki nəslin insanlarının üzərinə məsuliyyət qoya bilmərik. Hesab edirəm ki, bu ədalətsizlik olardı", - o vurğulayıb.

Siyasətçinin fikrincə, "damğanı bütün alman xalqına vurmaq düzgün deyil".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.