Fici arxipelaqının sahilində 5,8 maqnitudalı zəlzələ olub.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən məlum olub.
Verilənlərə əsasən, yeraltı təkanların episentri adanın Lautoka şəhərindən (əhali: 52,5 min) 498 km şimal-şərqdə yerləşib. Təbiət hadisəsinin dərinliyi 28 km olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun