Fici sahilində güclü zəlzələ olub

15 Fevral 2024 01:27

Fici arxipelaqının sahilində 5,8 maqnitudalı zəlzələ olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən məlum olub.

Verilənlərə əsasən, yeraltı təkanların episentri adanın Lautoka şəhərindən (əhali: 52,5 min) 498 km şimal-şərqdə yerləşib. Təbiət hadisəsinin dərinliyi 28 km olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun