Dünya

Ölkələr ərzağa yox, silaha üstünlük verirlər

13 Fevral 2024 21:18
Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT Baş katibi Antoniu Quterriş dünya ölkələrinin ərzaq təhlükəsizliyi və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün pullar xərcləmək əvəzinə bu vəsaitlərin silahların alınması və işlənib hazırlanmasına sərf etməsindən narahatdır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, o bu barədə BMT Təhlükəsizlik Şurasında iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi ilə bağlı açıq müzakirələr zamanı bildirib.

"Dövlətlərin ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və davamlı inkişaf üçün büdcələri kəsərkən silahlara böyük məbləğlər xərclədiyini görmək narahatedicidir. Biz aclıq, iqlim xaosu və münaqişə ilə onların beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdid arasında ölümcül əlaqəni qıra bilərik. Gəlin bunu reallığa çevirmək və aclıq və müharibə dəhşətlərindən azad, yaşana bilinən, davamlı gələcək qurmaq üçün addımlar ataq", - A.Quterriş deyib.

Daha əvvəl Beynəlxalq Strateji Araşdırmalar İnstitutu öz hesabatında qlobal müdafiə xərclərinin 2023-cü ildə 9% artaraq rekord həddə - 2,2 trilyon ABŞ dollarına çatdığını və bunun yarısının NATO ölkələrinin payına düşdüyünü bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.