Dünya

Netanyahudan MN-ə tapşırıq: Rəfah da boşaldılır!

9 Fevral 2024 22:07
Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə Nazirliyinə HƏMAS-ın daha dörd batalyonunun qaldığı Qəzza zolağının cənubundakı Rəfahdan əhalinin təxliyəsi planını təqdim etməyi tapşırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms of İsrail" Baş nazirin ofisinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, HƏMAS-ın qalan dörd batalyonunu sıradan çıxarmadan Qəzza zolağında münaqişənin məqsədlərinə nail olmaq mümkün deyil:

"Rəfahdakı genişmiqyaslı əməliyyat mülki şəxslərin döyüş bölgəsindən təxliyəsini tələb edir".

Qeyd edək ki, İsrailin Rəfaha hücumu zamanı çoxsaylı mülki itki olacağı barədə dəfələrlə xəbərdarlıq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.