Dünya

Yunanıstanda fermerlər magistral yolu bağladı

4 Fevral 2024 17:23
Baxış: 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunan fermerlər etiraz əlaməti olaraq Saloniki-Moudania magistral yolunu traktorlarla bağlayıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın ERT telekanalı məlumat yayıb.

Bildirilib ki, etirazlar şənbə günü, fevralın 3-də on minlərlə insanın iştirak etdiyi ölkənin ən böyük sənaye sərgisi olan "Aqrotika"da başlayıb.

Belə ki, kənd təsərrüfatında vəziyyətin yaxşılaşdırılması üçün hökumətin təklif etdiyi təşəbbüslər istehsalçıları qane etməyib.

Ölkənin Baş naziri Kiriakos Mitsotakis, may ayından sentyabr ayına qədər fermerlər üçün elektrik enerjisinin dəyərinin 10 faiz azaldılacağını, dövlətə məxsus elektrik şirkəti PPC-yə olan borcun bir hissəsinin silinəcəyini və 87 milyon avronun hissə-hissə ödəniləcəyini açıqlayıb. Bundan əlavə, hakimiyyət kənd təsərrüfatı üçün günəş parklarının tikintisinə subsidiya verəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.