Dünya

Zelenski Zalujnının bu bəyanatından narahatdır

31 Yanvar 2024 13:24
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident Vladimir Zelenskinin Ofisi Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnının hərbi deyil, siyasi bəyanatlar verməsindən narahatdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko "Quardian"a açıqlamasında deyib.

Qonçarenko Zalujnının istefasını pis ideya adlandırıb.

Onun sözlərinə görə, baş komandanla Ukrayna rəhbərliyi arasında prinsipial fikir ayrılıqları yoxdur, sadəcə Zelenskinin Ofisində hesab edirlər ki, Zalujnı siyasi bəyanatlar verir.

Qeyd edək ki, Zalujnının istefa xəbəri 29 yanvarda Ukrayna Teleqram kanallarında yayılmış və hətta Aleksey Qonçarenko bunu təsdiqləmişdi. Ancaq Ukrayna MN və Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumatı təkzib etdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.