Dünya

Dövlətdə dəvə yox, nəvə: Nənəyə yüz minlər qazandırdı

30 Yanvar 2024 22:40
Baxış: 2 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Karolina ştatının Monro şəhərindən olan Qlenda Honeycutt növbəti lotereyada iştirak etmək qərarına gələndə adi taktikasından istifadə edib. Amerikalı baqqal mağazasından bir dollar (89 rubl) dəyərində bilet alıb və tirajdan az sonra seçdiyi bütün nömrələrin uduşlu nömrələrə uyğun gəldiyini öyrənib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "NC Education Lottery" məlumat yayıb.

O, 265,1 min dollar məbləğində cekpot qazanıb. Qalibin sözlərinə görə, o, əvvəlcə gözlərinə inana bilməyib. Qadın nəvələrinin yaşlarına uyğun gələn nömrələrlə lotereya oynamaq taktikası sayəsində varlandığını səmimi şəkildə etiraf edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.