Dünya

Almaniyada ifrat sağçı ekstremizm artır - Şolts

28 Yanvar 2024 08:21
Baxış: 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada ifrat sağçı ekstremizmin artması ilə bağlı narahatlıq var.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts ölkəsində Holokostu Anma Gününü qeyd edərkən deyib.

O, "neonasistlər və onların qaranlıq şəbəkələri" barədə xəbərdarlıq edib və insanları irqçilik və antisemitizmlə mübarizəyə çağırıb.

Qeyd edək ki, Almaniya üçün Alternativ (AfD) Partiyasına qarşı kütləvi etirazlar davam edir.

Ölkə daxilində aksiyaların səbəbi AfD ətrafında yaranan qalmaqal olub. Jurnalistlər öyrəniblər ki, partiya üzvləri Almaniyadan qaçqın və əcnəbilərin çıxarılması planlarını neonasistlər və sağçı radikallarla gizli müzakirə ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.