Dünya

Tramp: ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib

28 Yanvar 2024 07:30
Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Sərhədimiz özümüzün kütləvi qırğını silahına çevrilib", - siyasətçi qeyd edib.

Onun sözlərinə görə, sərhəddəki mövcud vəziyyət "tarixin ən pis durumudur".

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Baydenin rəhbərlik etdiyi administrasiya sərhəd təhlükəsizliyi tədbirləri ilə bağlı Texas hakimiyyəti ilə münaqişədədir. Texas rəsmiləri sərhədin lazımi qaydada təmin edilmədiyini, rekord sayda qanunsuz köçkünün ABŞ-yə daxil olmasına icazə verdiyini təkid edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.