Dünya

Dünyanın ən varlı insanlarının siyahısı məlum oldu

27 Yanvar 2024 21:52
Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransız iş adamı, "Louis Vuitton Moet Hennessy" (LVMH) şirkətlər qrupunun yaradıcısı və prezidenti Bernard Arno "Forbes"in qiymətləndirməsinə görə yenidən planetin ən zəngin insanları siyahısına başçılıq edir. Əvvəllər bu siyahıda lider "Tesla" və "SpaceX"-in yaradıcısı İlon Mask idi.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 74 yaşlı Arnonun sərvəti 21,6 milyard dollar artaraq 205,8 milyard dollara çatıb. Onun LVMH şirkətlər qrupuna 75 moda və kosmetika brendləri daxildir. Ötən ilin yanvarında da jurnal Arnonun sərvətini 221 milyard dollar dəyərində qiymətləndirərək, onu dünyanın ən varlı insanı elan etdi.

Mask siyahıda ikinci yeri tutub. "Tesla" və "SpaceX"in ümumi kapitalı 204,2 milyard dollar təşkil edib. O, ilk dəfə 2021-ci ilin yanvarında dünyanın ən varlı insanı oldu. O zaman onun sərvəti 200 milyard dollardan çox qiymətləndirilirdi, 2021-ci ilin noyabr ayının əvvəlində isə 340 milyard dollara çatıb.

Jurnalın məlumatına görə, üçüncü yerdə Amerikanın Amazon korporasiyasının yaradıcısı Ceff Bezos (179,9 milyard dollar) qərarlaşıb. İlk beşliyə həmçinin Oracle korporasiyasının yaradıcılarından biri Larri Ellison (142,6 milyard dollar) və "Meta" korporasiyasının rəhbəri Mark Zukerberq (138,8 milyard dollar) daxil olub.

Planetin ən zəngin insanları onluğuna "Berkshire Hathaway" holdinqinin rəhbəri Uorren Baffet (125,9 milyard dollar) və "Microsoft"un yaradıcısı Bill Qeyts (122,8 milyard dollar) daxildir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.