Dünya

ABŞ İsraili müdafiə etdi: Soyqırım törətməyib

27 Yanvar 2024 07:10
Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ İsrail ordusunun Qəzza zolağında soyqırım törətdiyinə dair heç bir əlamət görmür.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) İsrailə qarşı çıxardığı qərarı şərh edərkən bildirib.

"Biz İsrail Müdafiə Qüvvələrinin soyqırım niyyəti və ya hərəkəti iddiasını dəstəkləyəcək heç bir sübut görmədik. Bizdə bunun baş verdiyinə dair heç bir dəlil yoxdur", - Kirbi deyib.

Qeyd edək ki, bu gün BƏM Qəzza sakinlərinin soyqırımına görə İsrailə qarşı irəli sürülən ittihamların sübuta yetirildiyi bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.