Dünya

Qərb Ukraynanın bu cinayətinə şərik olacaq - Polyanski

26 Yanvar 2024 23:30
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belqorod vilayəti üzərində Rusiyanın İl-76 təyyarəsinin vurulmasında ABŞ və ya Almaniyanın yer-hava raket sistemlərindən istifadə edilməsi təsdiqlənərsə, Qərb dövlətləri Kiyev hökumətinin törətdiyi bu cinayətə şərik olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

"İlkin istintaqa görə, Ukrayna bu terror aktını zenit-raket kompleksindən istifadə etməklə həyata keçirib. Raketlər Xarkov vilayətindən buraxılıb. İl-76 təyyarəsinin ABŞ-ın "Patriot"u, ya da Almaniya istehsalı olan İRİS-T raketləri ilə vurulması ehtimal olunur", - rusiyalı diplomat bildirib.

Qeyd edək ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.